Nurgun Dünya Miqyasında

Nurgun Dünya Miqyasında
“Nurgün Motors” 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirib - 03 iyun 2014
“Nissan” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru “Nurgün Motors”un təşkilati dəstəyi ilə 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir” devizi altında tədbir keçirilib. 46 saylı Məktəbəqədər Tərbiyə İşi Mərkəzində keçirilən və Azərbaycan Respublikası DİN Baş DYP İdarəsi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, eləcə də orta ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin müəllimləri, valideynlər, KİV nümayəndələrinin qatıldığı tədbirdə paytaxtın bir sıra rayonlarından 100-dən artıq şagird iştirak edib. Mərkəzin uşaq avtoşəhərciyi bayraqlar, şüarlar, plakatlar, stendlər, rəsmlər, yol nişanları, şar və güllərlə bəzədilib, xüsusi ayrılan guşələrdə isə uşaqların yaradıcılıq işlərini əks etdirən müxtəlif nümunələr sərgilənib. Uşaqların yolda təhlükəsizlik qaydaları, yol hərəkət nişanları ilə bağlı maarifləndirilməsi və ictimaiyyətin diqqətinin yolda uşaqların təhlükəsizliyi məsələlərinə yönəldilməsi məqsədilə keçirilən tədbirdə müxtəlif viktorinalar təşkil olunub, uşaq kollektivlərinin ifasında rəqs nömrələri göstərilib. 
 
Həmçinin, balaca rəssamlar molbert və asfalt üzərində “Yol hərəkəti qaydaları və mən!” mövzusunda rəsmlər çəkiblər. Daha sonra uşaqlar tədbirin şüarı əks olunan bannerlə yaxınlıqdakı Səməd Vurğun adına küçədə aksiya keçiriblər. Bannerlə yolun hərəkət hissəsinə çıxan uşaqlar “Nurgün Motors” tərəfindən hazırlanan uşaqlar üçün yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici kitabçaları və uşaqları üçün hədiyyələri sürücülərə təqdim ediblər. 
 
Təşkilatçılar tərəfindən, həmçinin, uşaqlara və onların valideynlərinə yol hərəkəti qaydalarının daha yaxşı qavranılmasına kömək edəcək yardımçı tədris vəsaitləri hədiyyə olunub. 
 
SƏlim


Bütun hüquqlar qorunur © 1994 - 2016        
Orange Studio