Uğurlarımız

Uğurlarımız

"Nurgün Sirkətlər Qrupu" 1994-cü ildə yaradılmış və hazırda Azərbaycanın ən böyük holdinqlərındən biri sayılır. Şirkət öz fəaliyyətinə məşhur dünya brendlərinin istehlak məhsullarının yerli bazarda distribütorluğundan başlayıb. Daha sonra şirkətin fəaliyyət dairəsinə Yapon, Amerika, Fransa və digər ölkələrin istehsalı olan avtomobil brendlərinin distribütorluğu da daxil oldu.

Bütün bu fəaliyyəti dövrü ərzində "Nurgün Şirkətlər Qrupu"na daxil olan şirkətlər, öz keyfiyyətli və nümunəvi xidmətləri sayəsində bir çox ölkədaxili və beynəlxalq miqyaslı müsabiqələrdə böyük nailiyyətlərə imza atmışdır.

Qeyd edək ki, 2000-ci ildən etibarən “Consulting&Business” işgüzar informasiya-analitik jurnalı tərəfindən təsis olunmuş biznes və iqtisadiyyat sahələrində fərqləndirici sayılan "UĞUR" Milli Mükafatı "Nurgün Sirkətlər Qrupu"nun müxtəlif sahələrdə uğurlu iqtisadi siyasətini yarandığı ilk gündən yüksək qiymətləndirmişdir. Belə ki, dəfələrlə fərqlənən şirkətimiz “İlin Dileri”(2006), “İlin Milli Brendi”(2007) və “İlin Servisi”(2008) nominasiyalarında bu mükafata layiq görülmüşdür.

Həmçinin 2007-ci ildə "Nurgün Şirkətlər Qrupu" “Caspian Energy Integration Award – 2007” beynəlxalq mükafatının “İlin Servisi” adlı naminasiyanın qalibi elan edilmişdir.

Bundan başqa şirkət menecment sahəsində İSO 9001:2000 Standartlı Beynəlxalq Kefiyyət sertifikatını da qazanıb. Beynəlxalq Standartlara uyğun olan bu mükafat təsdiq edirki, "Nurgün Şirkətlər Qrupu" daim inkişafda olan, gələcəyə istiqamətlənən biznes və xidmətlərin ali standartlarını zərurət kimi qəbul edən dəyərlər sisteminə malik olan bir şirkətdir.

Bütun hüquqlar qorunur © 1994 - 2016        
Orange Studio