Yük daşımaları

Kaspian Transport

“Kaspian Transport” MMC 2004-cü ildən beynəlxalq yük daşımaları bazarında aktiv fəaliyyət göstərir. Fəaliyyətə başladığı ilk gündən etibarən, şirkət əsasən avtomobillərin daşınması üzrə ixtisaslaşdırılmışdır. Bu sahədə liderlik edən “Kaspian Transport” şirkəti, 2008-ci ilin yekunlarına və avtoparkın həcminə görə Azərbaycan Respublikasında demək olar ki, ən böyük avtomobil daşıyıcısıdır. Belə ki, hal-hazırda şirkət avtoparkı ən müasir texniki parametrlərə malik və EURO 4 standartlarına cavab verən “Ford Cargo 1830” markalı yükdaşıyan (TIR) və konteyner daşıyan avtomaşınlardan ibarətdir.

İnzibati idarəetmə və sürücü heyətinin peşəkarlığı sayəsində “Kaspian Transport” şirkəti fəaliyyət göstərdiyi illər ərzində, yüksək inkişaf templərini qorumağa nail olmuşdur. Bu nəticələr, habelə şirkətin kadr potensialı və maddi texniki bazası bu uğurların davam edəcəyinə ümid etməyə imkan verir.

Bütun hüquqlar qorunur © 1994 - 2016        
Orange Studio