Ticarət

Nurgun Trading

Şirkətlər qrupunun mühüm tərkib hissələrindən biri müxtəlif məhsullarının topdansatışı üzrə ixtisaslaşmış «Nurgün Trading»şirkətidir. Hal-hazırda şirkətin 3000-dən artıq mağazanı əhatə edən distribütor şəbəkəsi mövcuddur. Mərkəzi anbarı Bakıda yerləşməklə, şirkətin xüsusi təlimatlandırılmış heyəti tərəfindən xidmət edilən 6 regional anbar fəaliyyət göstərir.

Uzun illər ərzində distribütorluq şəbəkəsinin effektif təşkili və uğurlu idarəetmə nəticəsində əldə edilmiş, ticarətdə aşkarlıq və nəzarətin (çatdırılma, sifarişlər, ödəniş) təmin edilməsi, anbar ehtiyatlarının daim artırılması və çatdırılmanın qısa müddətlərdə həyata keçirilməsi, habelə bütün ölkə üzrə işləyən mütəşəkkil satıcılar komandasının mövcudluğu şirkətin nailiyyətləri sırasındadır.

“Nurgün” Şirkətlər Qrupuna daxil olan «Nurgün Trading»in təklif etdiyi qeyri-qida məhsulları sırasında Bello,Active qabyuyan maye Brendləri,önəmli yer tutan daha bir brend isə NICOS kosmetika məhsullarıdır. Bu məhsullar qardaş Türkiyədə yüksək keyfiyyətli xammaldan müasir texnoloji avadanlıqlarla istehsal olunaraq qablaşdırılır.

NICOS müxtəlif dəriyə və saça qulluq vasitələrindən ibarət zəngin məhsul sırasında malikdir. Bu sırada xüsusi əhəmiyyətə malik məhsul müalicəvi BIOSENSE şampunudur. Eyni zamanda kişi və qadın üçün müxtəlif çeşidlərdə dəriyə qulluq vasitələri təklif olunur.Bu sıraya müxtəlif tərkibli təraş öncəsi və təraş sonrası məhsullar,tər əleyhinə vasitələr və yumuşaldıcı tərkibə malik bir neçə çeşid əl və universal kremlər daxil etmək olar.

Nurgün şirkətlər qrupu öz yumşaqlığı və sağlamlığı ilə seçilən İtaliyanın Rocchetta,həmçinin Vittel və Erikli sularını Azərbaycana idxal etməkdədir.

Şirkətlər qrupu eyni zamanda dünyaca məşhur Texaco şirkətinin məhsulu olan Havoline yağlarının,həmçinin Avropa istehsalı olan Ardeca yağlarının idaxlını həyata keçirir.

Bütun hüquqlar qorunur © 1994 - 2016        
Orange Studio