İnşaat və istehsal

Nurgun İnşaat

“Nurgun” Şirkətlər Qrupuna daxil olan 1994-cü ildən fəaliyyət göstərən “Nurgun İnşaat” şirkəti respublikada yaradılan ilk özəl inşaat şirkətlərindən biridir. Ümumilikdə Azərbaycanın iqtisadi inkişafı tikinti sektoruna da müsbət təsir göstərmişdir. Bunun sübutu olaraq Bakı şəhəri və regionlarda sürətlə artan inşaat layihələrinin nəticələrini göstərmək olar.

Fəaliyyət göstərdiyi bu illər ərzində “Nurgun İnşaat” bir sıra iri miqyaslı tikinti lahiyələrini reallaşdirmışdır. Buraya İdman kompleksini, yüksəkmərtəbəli binaların lahiyələndirilməsi və tikintisini, avtomobil salonları və s. inşasını aid etmək olar.

Müəssisə yüksəkmərtəbəli binaların tikintisi ilə bərabər villa və şəhər ətrafında evlərin tikintisi üzrə də sifarişləri yerinə yetirir. 

Şirkətdə inşaat sahəsində uzunmüddətli iş təcrübəsi olan ixtisaslı və təcrübəli heyət fəaliyyət göstərir

 

 

Bütun hüquqlar qorunur © 1994 - 2016        
Orange Studio