Maliyyə

Rəvan sığorta

1998-ci ildən fəaliyyət göstərən “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti artıq 16 illik təcrübəyə malik bir şirkət kimi sığorta bazarında xüsusi mövqeyə sahibdir. İlk əvvəl “Double İnsurance Company” QSC kimi fəaliyyət göstərən “Rəvan Sığorta” ASC 2004-cü ildə təsisçilərin dəyişməsi ilə yanaşı şirkət adının dəyişməsi prosesini yaşayaraq “Star Alyans Sığorta Şirkəti”QSC adını almışdır. Şirkətin formalaşmasının sonuncu mərhələsi isə 2007-ci ilə təsadüf edir.Belə ki, məhz bu ildə Şirkətin Nurgün Şirkətlər Qrupunun tərkibinə daxil olması onun yeni inkişaf mərhələsinə başlamasına səbəb olmuşdur və 2009-cu ildə adı dəyişdirilərək “Rəvan Sığorta” ASC olmuşdur.

Hal-hazırda “Rəvan Sığorta” ASC 8.900.000 (səkkiz milyon doqquz yüz min) manat nizamnamə kapitalı ilə Azərbaycanda sığorta şirkətləri arasında yüksək kapitala malik olan şirkətlərdən biridir. “Rəvan Sığorta” ASC, 17 sığorta növü üzrə fəaliyyət göstərir ki, bunlar:

- Nəqliyyat vasitəsinin (kasko) sığortası;

- Yük sığortası;

- Əmlakın yanğından və digər əlavə risklərdən sığortası;

- Fərdi qəza sığortası;

- Könüllü tibbi sığorta,

- Səyahət sığortası və s.-dir.

“Rəvan Sığorta Şirkəti ” ASC-nin əsas prinsipi dünya standartlarına uyğun sığorta xidməti göstərməkdir. Bunun üçün şirkətdə daim mövcud sığorta növlərinin təkmilləşdirilməsi və müştəri tələblərinə cavab verən yeni sığorta proqramlarının yaradılması prosesi gedir. 

 

Rəvan Sığorta

Ünvan:
"Bakı şəhəri Nərimanov r-nu,F.X.Xoyski pr-ti 40"

Telefon:
(+994 12) 448-33-11

Veb Sayt:
www.revansigorta.az

Bütun hüquqlar qorunur © 1994 - 2016        
Orange Studio