Avtomobil Sektoru

Renault Azərbaycan

“Renault” avtomobil brendinin tarixi 1898-ci ildə, gənc mühəndis Lui Reno, özünün ilk Voiturette adlı avtomobilini yaratmaqla başladı. O üç-təkərli avtomobili, çox da böyük ölçüyə malik olmayan dörd-təkərli avtomobilə çevirərək, tarixdə ilk dəfə məhz onun kəşfi sayılan - sürət qutusunu avtomobilə əlavə etdi. Sonarkı illərdə Marsel və Fernan qardaşları ilə birgə, şirkəti “Renault Qardaşları” adı altında qeydiyyatdan keçirdi. Şirkətin artıq ilk fəaliyyətə başladığı dövrdə, Renault avtomobillərinin yüksək keyfiyyəti müştərilərin etibarını qazanaraq, 1905-ci ildə Paris hakimiyyət nümayəndələri tərəfindən 250 ədəd avtomobil sifarişinə təkan verdi.

Renault avtomobillərinin başlıca strateji xətti – təhlükəsizlikdir. Seqmentindən asılı olmayaraq, “Hər kəs üçün təhlükəsiz” prinsipini bütün modellərinə xas edən Renault, sürücü və sərnişinlər (həm böyük, həm uşaqlar) üçün eyni səviyyədə müdafiəni uğurla təmin edir.

“Renault” avtomobil brendinin Azərbaycanda rəsmi nümayəndəliyi “Nurgün Motors” Şirkətidir. Babək prospekti, 28D ünvanında yerləşən “Renault” satış mərkəzində Azərbaycanın fərdi və korporativ müştəriləri üçün Logan, Sandero, Fluence, Megane, Duster və Koleos modelləri daxil olmaqla, Renault model sırası təqdim edilir. Avtomobillərin sınaq satışları 2011-ci ilin may ayından başlanmışdır. 

Renault Azərbaycan

Ünvan:
Bakı şəh. Babək pr. 28D

Telefon:
(012) 934,(+99412)447 27 21

Veb Sayt:
http://www.renault.az

Facebook:
https://www.facebook.com/RenaultAzerbaijan

Bütun hüquqlar qorunur © 1994 - 2016        
Orange Studio