Avtomobil Sektoru

Ford Azərbaycan

“Ford Azərbaycan“ şirkəti 2003-cü ildən Azərbaycan bazarında əfsanəvi “Ford” avtomobillərinin rəsmi idxalçısıdır . Bir çox ölkələrdə zavodlara malik olan “Ford” konserni uzun müddətdir ki, dünya avtomoil bazarında öz mövqeyini qoruyub saxlayır. Bu müddət ərzində yüzlərlə müştəri Avropa etibarlılığını və Şərq rahatlığını özündə birləşdirən “Ford” avtomobillərinin alıcısına çevrilmişdir.

Artıq bir-neçə ildir ki, Şirkət, müştərilərınə “Ford” avtomobillərinin üstünlüklərinə əmin olmaq imkanı verir. Peşəkar heyətin yüksək xidməti, “Ford” Konserninin dünya standartlarına uyğun, ən müasir diaqnostika avadanlıqları ilə təchiz edilmiş Servis mərkəzi və “Ford” avtomobillərinin ən son modellərinin müştərilərə təqdim edilməsi “Ford Azərbaycan“ şirkətinin vizit kartına çevrilmiıdir. “Ford Azərbaycan“ şirkəti tərəfindən təklif edilən bütün avtomobillərə 3 illik zəmanət verilir. 

Ford Servis Mərkəzi

2007-ci ild ən fəaliyyət göstərən Ford Servis özünün qüsursuz xidməti ilə azərbaycan avtomobil bazarında bir keyfiyyət nişanəsinə çevrilmişdir. Servisdə çalışan yüksək bilik səviyyəsinə malik işçi heyəti sayəsində servis avtomobillərə xidmətin bütün sahələrində tam gücü ilə fəaliyyət göstərir. Həmçinin bizim servis sizə Ford avtomobillərinin müxtəlif modelləri üçün aksesuarlar və müxtəlif əlavə avadanlıqlar da təklif edir.

Ford Servisdə fəaliyyət göstərən təxliyyə sistemi günün 24 saatı ərzində müştərilərin xidmətindədir. Təxliyyə parkı müxtəlif çəkili avtomobilləri yükləməyə imkan verən bucurğaddan ibarət müasirlənmiş təxliyyə avtomobillərindən ibarətdir.

Bütün bunlarla bərabər bizim servisin anbarında Siz Ford avtomobillərinin yalnız orijinal ehtiyyat hissələrini əldə edə bilərsiniz. Daimi çeşiddə 5000 çox adda olan Ford avtomobillərinin müxtəlif modellərinə (istehsaldan çıxan modellər daxil olmaqla) ehtiyyat hissələri mövcuddur.

 

Ford  Azərbaycan

Ünvan:
Bakı ş., Xətai pr. 36, Zərdabi küç. 78

Telefon:
(012) 934, (012) 496 0110

Veb Sayt:
http://www.ford.az

Facebook:
https://www.facebook.com/FordAzerbaijan

Bütun hüquqlar qorunur © 1994 - 2016        
Orange Studio