Avtomobil Sektoru

Nissan Azərbaycan

«Nurgün» Şirkətlər Qrupunun yarandığı tarixdən etibarən, onun aparıcı şirkətlərindən biri “Nurgun Motors“ dünya avtomobil istehsalçılarının flaqmanlarından olan “Nissan“ brendinin Azərbaycanda rəsmi distribütorudur. Şirkətin əsas fəaliyyət istiqamətləri “Nissan” markalı avtomobillərin satışı və servis xidmətlərinin təşkili, habelə ehtiyat hissələrinin və avtomobil aksesuarlarının pərakəndə satışından ibarətdir.

Bakı və Gəncə şəhərlərində “Nissan” avtomobillərinin bütün modellərinin satışı üçün korporativ standartlara riayət edilməklə inşa edilmiş geniş nümayiş salonlarında müştərilərə təqdim olunur. Həmçinin 2008-ci ildə Bakı şəhərində müştərilərin ixtiyarına verilmiş yeni “NİSSAN” avtosalonu nəinki Azərbaycanda hətda bütün Zaqafqaziya regionunda ən iri və geniş nümayiş salonudur. Beş qitənin 20-dən artıq ölkəsində zavodları olan “Nissan“  hər il dünyanın 170 ölkəsində üç milyondan artıq avtomobil satır. “Nissan“ avtomobillərinin dizayn, konstruksiyalaşdırma, istehsal, distribütorluq, avtomobillərin satışı və satışdan sonrakı xidmət sahəsində nailiyyətləri həm Avropa, həm də dünya avtomobil sənayesində ona mərkəzi yerlərdən birini qazandırmışdır. Nurgun Motors şirkəti 2008-ci ildə “Consulting Business” jurnalının keçirtdiyi “İlin şirkəti” mükafatına layiq görülmüşdür.

Fəaliyyətə başladığı ilk on il ərzində təqdim etdiyi qüsursuz xidmət sayəsində “Nurgun Motors“ müştərilər arasında böyük nüfuz qazanaraq, Azərbaycanda və ölkədən kənarda minlərlə müştərinin etibar etdiyi müstəqil avtomobil brendinə çevrilmişdir.

Nissan Servis Mərkəzi

“Nurgun Motors“da 2000-ci ildən fəaliyyət göstərən servis mərkəzi “Nissan” avtomobillərinin təmiri və texniki xidməti üzrə Azərbaycanda ilk ixtsaslaşdırılmış təmir mərkəzlərindəndir. Bununla kifayətlənməyən “Nurgun Motors” şirkəti müştərilərə servis xidmətlərinin daha da yüksəldilməsi istiqamətində 2008-ci ildə yeni “Nissan Servis” mərkəzinin inşasını başa çatdırmış və nissansevərlərin ixtiyarına vermişdir.

“Nurgun Motors” şirkəti 2006-ci ildə “ İlin dileri”, 2007 ci ildə isə “ İlin Servisi” nominasiyaları üzrə mükafatlandırılmışdır. Fəaliyyətinin demək olar ki, bütün mərhələlərində “Nurgun Motors” şirkəti məhsulların yüksək keyfiyyətinə və digər göstəricilərə görə bir neçə dəfə müxtəlif mükafatlara layiq görulmüşdür. Həmçinin 2008-ci ildə “Nurgun Motors” şirkəti keyfiyyətli servis xidmətləri nominasiyasına görə “Uğur” Milli mükafatına,2012-ci və 2014-cü ildə Azərbaycan Avtodilerlər Assosiasiyasının “İlin servisi” nominasiyasında  “QIZIL ÇARX” mükafatına layiq görülmüşdür.

 

Nurgün Motors

Ünvan:
Bakı ş.Babək pr.,31 və Salamzadə küç.,2.

Telefon:
(012) 934; (+99412) 448 38 38; 430 90 90

Facebook:
www.facebook.com/Nissan Azerbaijan

Web Sayt:
http://www.nissan.az

Bütun hüquqlar qorunur © 1994 - 2016        
Orange Studio